"Facebook"un yaradıcısı ata oldu

"Facebook"un yaradıcısı ata oldu
2918 dəfə oxunub
  • A-
  • A
  • A+
“Facebook” yaradıcısı Mark Zukerberq ata olub.

Axşam.az-ın məlumatına görə, iş adamının xanımı Prisçilla Çan bu haqda şəxsi səhifəsində yazıb. Prisçilla ilə Markın qızı dünyaya gəlib. Cütlük körpəyə Maks adını qoyub.

M.Zukerberq səhifəsində qızına yazdıqları məktubun fotosunu da paylaşıb. O bildirib ki, məktubda qızı Maksa dünya və ona olan ümidləri haqda yazılıb:

“Biz bu dünyanı bütün uşaqlar üçün yaratmaqdan ötrü bacardığımızı etdik. Bu dünyanı gələcək nəsillərə bağışlamaq üçün “Facebook” səhmlərimizin 99%-dən (bu təxminən 45 milyard dollardır) keçəcəyik. Prisçillanın hamiləliyi dövründə bizə sevgisini və dəstəyini göstərən hər kəsə təşəkkürlər. Siz bizə birlikdə bu dünyanı Maks və digər uşaqlar üçün qurmağa ümid verdiniz”.

Qeyd edək ki, cütlük 2003-ci ildə tanış olan cütlük 9 il sonra ailə qurub.