Röya prodüserini işdən uzaqlaşdırdı

Röya prodüserini işdən uzaqlaşdırdı
6705 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Röya Ayxan prodüseri Kənan Bayramovla yollarını ayırıb.

Axşam.az-ın ölkə.az-a istinadən məlumatına görə, buna səbəb Kənanla Röyanın arasındakı maliyyə məsələləri olub. Mənbə iddia edib ki, yaxın ətrafı bir neçə dəfə Röyaya Kənanın maliyyə məsələlərində onu aldatdığını desə də, sənətçi buna inanmırmış.

Lakin ötən ilin avqustundakı konsertdə sənətçi ilə prodüser arasında maliyyə məsələləri ilə bağlı yenidən narazılıq yaranıb. Bütün bu narazılıqlar isə Röyanın Kənanı işindən uzaqlaşdırması ilə nəticələnib.