Faiqdən küsülü olduğu Zülfiyyə ilə bağlı suala cavab - video

Faiqdən küsülü olduğu Zülfiyyə ilə bağlı suala cavab -  video
4381 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev küsülü olduğu həmkarı Zülfiyyə Xanbabyevadan danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “5-ci element” verilişində qarşı tərəfin mahnısını zümzümə edib.
O, “Zülfiyyə Xanbabayeva ilə münasibətiniz yaxşı olmasa da, ürəkdə onu çox istəyirsiniz” sözlərinə belə cavab verib:

“Bu necə olur? Ürəkdə istəyib, dildə istəməyənlərdən deyiləm. Əgər elə olsam, ikiüzlü olaram. Ürəkdə istəsəm, dildə də istəyəcəm. Yalandan əl uzadanlardan deyiləm. İnsanın bir üzü olar”.

F.Ağayev konsertdən pul qazanan ifaçılardan danışıb:

“Azərbaycanda 3 müğənni konsertdən gəlir götürür. Onlardan biri mənəm. O birilər isə yalandan deyir ki, pul qazandım. Kassadan xəbərim olur, baxıram 128 bilet satılıb. Amma zala girəndə baxırsan doludur. Mən o müğənninin yerinə olsaydım, sənətimə yox deyərdim”.

“Sənətçilər arsında təşkilatçılara şərt qoyurlar ki, Faiq Ağayev olsa, mən gəlməyəcm. Bunlar arasında Brilliant Dadaşova da var” sözlərinə münasibət bildirib:

“Belələri özləri pis vəziyyətdə qalır. Nəticədə Faiq toya, konsertə gəlir, onlar yox. Məni heç kimin varlığı narahat etmir ki, "orda filankəsə çox pul verərlər" deyə düşünüm. Burada özündənxov var. 27 ildir səhnədəyəm, heç vaxt belə addım atmamışam”.