"Selfi çəkib paylaşmaqdan utanıram"

"Selfi çəkib paylaşmaqdan utanıram"
2352 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sex and the City" ("Böyük şəhərdə seks") serialının aktrisası Sara Cessika Parker "Yahoo"ya verdiyi müsahibədə selfi çəkməyi sevmədiyini deyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əsrin modası olan selfidən uzaq durduğunu bildirən aktrisa belə deyib:

"Sosial mediaya çox gec qatıldım. Selfi çəkib paylaşmaqdan isə utanıram. Zövqsüz və kobud bir insan kimi tanınmaq istəmirəm. Küçədə mənimlə selfi çəkdirmək istəyənlərlə rastlaşanda utanıram. İnsternetin çox qaranlıq tərəfi var. İnsanlar orada bir-birinə çox mədəniyyətsiz şeylər deyirlər".

"Hollivud"un moda ikonlarından sayılan Sara sosial mediada qarderobunun və uşaqlarının fotolarını paylaşmağa üstünlük verir.