İmperatorun möhürü 235 min dollara satıldı

İmperatorun möhürü 235 min dollara satıldı
1040 dəfə oxunub
  • A-
  • A
  • A+
Üzərində əqrəb işarəsi olan qızıl möhür Mumbay auksionunda rekord qiymətə satılıb.

Axşam.az musavat.com-a istinadən xəbər verir ki, adıçəkilən möhürü 235 min dollara alıblar. Məlumata görə, bu qızıl pul imperator Cahangirin dövründə, yəni 400 il əvvəl kəsilib. Qızıl pulun yeni sahibi məxfi qalmaq istəyən mumbaylı biznesmen olub.
 
İlk dəfə qızıl möhür Cahangirin atası, imperator Əkbər tərəfindən 1562-ci ildə buraxılıb. Bu pul çox yüksək əyara malikdir (980 əyar) və çəkisi isə 11 qramdır.