4 ay əvvəl bağlanan eskalator sabahdan istifadəyə verilir

4 ay əvvəl bağlanan eskalator sabahdan istifadəyə verilir
1850 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Metropoliteninin "Nizami" stansiyasında 4 ay əvvəl əsaslı təmirə dayandırılan eskalator sabahdan istifadəyə verilir.

Axşam.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, stansiyadakı 1 saylı eskalator 15 oktyabr 2015-ci ildə əsaslı təmirə dayandırılıb.
 
Təmir işləri yekunlaşan eskalator fevralın 10-dan istifadəyə veriləcək.