Qonşuları Nadiri evindən didərgin saldı

Qonşuları Nadiri evindən didərgin saldı
5007 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə uzun müddət yaşadığı evindən köçüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində buna qonşularının səbəb olduğunu bildirib:

“Əvvəl Keşlə qəsəbəsində yaşayırdım. Oradakı evim pis vəziyyətdə idi. Sonra Yasamala köçdüm. Qonşular tez-tez qapımı döyür, pul istəyirdilər. Birinə, ikisinə əl tutdum, bəs sonra? Mən bankir deyiləm axı. Başımı götürüb oradan qaçdım. Həmin evimi Nəsimidə olan başqa bir mənzillə dəyişdim”.