​İlhamə Quliyevanın köməkçisinin həbs müddəti uzadıldı

​İlhamə Quliyevanın köməkçisinin həbs müddəti uzadıldı
6483 dəfə oxunub
  • A-
  • A
  • A+
Səbail Rayon Məhkəməsi xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a M.Hüseynovanın vəkili Vasif Mirzəyev deyib. O bildirib ki, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə M.Hüseynovanın həbs müddəti üç ay artırılıb.

Vəkil məhkəmədə iki vəsatətlə çıxış edib. Bunlar həbs-qətimkan tədbirinin uzadılmasına etiraz və M.Hüseynova barəsində çıxarılan həbsin ev dustaqlığı ilə əvəz edilməsi olub. Vəsatətlər təmin olunmayıb.

Qeyd edək ki, M.Hüseynova barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.