Media nümayəndələrinin "Şahdağ" gəzintisi - fotolar

Media nümayəndələrinin "Şahdağ" gəzintisi -  fotolar
3555 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzinə media nümayəndələri üçün press-tur təşkil olunub.

Axşam.az-ın məlumatına görə, jurnalistlərə Azərbaycanda ilk xizək məktəbinin təlimçiləri tərəfindən dərslər keçirilib. Media nümayəndələri xüsusi geyim və ləvazimatlarla təmin olunub.

Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin ən asan və təhlükəsiz yolları öyrədilib, xizək enişi, yamacları barəsində məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildən fəaliyyətə başlayan ilk xizək məktəbində 40-dan çox ingilis, fransız, ispan, rus və türkdilli yerli müəllim çalışır.

Press-turun təşkil olunmasında əsas məqsəd “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, turizm obyektləri və turistlərə göstərilən xidmət haqqında ictimaiyyətə geniş məlumat verməkdir.