Azərbaycanı "Eurovision 2016"da bu qız təmsil edəcək

Azərbaycanı "Eurovision 2016"da bu qız təmsil edəcək
3042 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 10–da Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

Axşam.az-ın məlumatına görə, bu haqda xəbər İctimai televiziyanın rəsmi saytında yerləşdirilib. 

Toplantıda ölkəmizi “Eurovision” mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Belə ki, müsabiqəyə ölkəmizdən Səmra Rəhimli gedəcək. O, "Miracle” mahnısını ifa edəcək.

Qeyd edək ki, Səmra "Səs Azərbaycan" müsabiqəsinin iştirakçılarından olub və dördüncü yeri tutub.