İki erməni hərbçisi öldürüldü

İki erməni hərbçisi öldürüldü
1238 dəfə oxunub
  • A-
  • A
  • A+
Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələri iki erməni hərbçisini məhv edib.

Axşam.az-ın məlumatına görə, bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutyunyandır. Bu barədə xəbəri işğalçı rejimin mediası yayıb.

Qeyd edək ki, aprelin 29-da gecə və gündüz erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.