Tünzalə Elzanı hit-paraddan uzaqlaşdırdı: "Yeni mahnı oxusun"

Tünzalə Elzanı hit-paraddan uzaqlaşdırdı:  "Yeni mahnı oxusun"
1162 dəfə oxunub
  • A-
  • A
  • A+
“ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı əməkdar artist Tünzalə Ağayeva olub.

Axşam.az-ın məlumatına görə, müğənni həmkarı Elza Seyidcahanı hit-paraddan uzaqlaşdırıb. O, ifaçıdan yeni mahnı gözlədiyini bildirib.

T.Ağayeva Əhməd Mustafayevi onuncu yerə layiq görüb. İfaçı müğənni Günay İbrahimlini doqquzuncu yerə endirib:

“Faiq Ağayevin “Gəl səni xoşbəxt edim” mahnısı səkkizinci yerdə olsun. Yəqin ki, Sevda Yahyayeva yeddinci pillədən inciməz. Üç uşaq anası Elnarə Xəlilovanı altıncı yerə layiq görürəm. O qədər qoçaqdır ki, ondan 12 uşaq da gözləyirəm. Həftənin beşincisi Eldaq Qasımovdur. Duet söz verdiklərimdən biri də odur. 50 yaşımda gələr, duet oxuyarıq”.

T.Ağayeva dördüncü pilləyə layiq gördüyü meyxanaçı Namiq Qaraçuxurlunun ünvanına təriflər yağdırıb:

“Namiq Qaraçuxurlunun oxuduğu altı-səkkiz ritmi bizim qanımızda var. İstedadlı müğənnimiz Natavan Həbibini üçüncü hesab edirəm. Natavan hər zaman gözəl müğənni olub. İllərdir sənətdə yerini qoruyan Zülfiyyə Xanbabayeva isə ikinci pillədə olsun”.

T.Ağayeva birinci yerə Elşad Xose ilə Elmirin duetini layiq görüb.