31 yaşlı xanım məmurun fotoları görənləri təəccübləndirdi

31 yaşlı xanım məmurun fotoları görənləri təəccübləndirdi
3510 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyada polis məmuru olan 31 yaşlı Adrienne Koleszar Instagramda paylaşdığı fotoları ilə gündəmə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, idmanla məşğul olan Koleszar məşq zamanı çəkdirdiyi fotoları ilə diqqət çəkib. İnstaqramın fenomeninə çevrilən xanım məmurun qısa müddətdə izləyicilərinin sayı 142 minə  çatıb. Hər gün davalar, qəzalar və ailə içi şiddət kimi bir çox hadisələrin şahidi olan cazibədar xanım, peşəsindən məmnun olduğunu bildirib:

" Bəlkə də bir çox insanın görə bilmədiyi hadisələrlə üzləşirəm. Amma bu mənim işimdir və həyatımdan çox razıyam. Fotolarımı kişilər üçün yox, qadınlar üçün paylaşıram. Məni çılpaq görə bilməzsiniz. Məqsədim, bu fotoları görən qadınların da sağlam qidalanması və idmanla məşğul olmasıdır".