Səmra Rəhimli yenidən məşqdə - fotolar

Səmra Rəhimli yenidən məşqdə -  fotolar
2013 dəfə oxunub
  • A-
  • A
  • A+
İsveçin paytaxtı Stokholm şəhərində baş tutacaq “Eurovision 2016” mahnı müsabiqəsinin başlamasına sayılı günlər qalıb.

Axşam.az-ın məlumatına görə, təmsilçilər birinci yarımfinalda nümayiş etdirəcəkləri səhnələrin məşqlərini edir.

Ölkəmizi yarışmada təmsil edəcək Səmra Rəhimli bu gün “Qloben-Arena”da ikinci məşqə başlayacaq. Bu haqda sosial şəbəkədə yazan müğənni “Sabahınız xeyir. Mən və “Miracle” komandası ikinci məşqə hazırlaşır” şərhini yazıb.

Qeyd edək ki, "Eurovision"ın birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinal 12-də, final isə 10-da baş tutacaq.