Azərbaycanlı aktrisa beynəlxalq müsabiqədə üçüncü oldu

Azərbaycanlı aktrisa beynəlxalq müsabiqədə üçüncü oldu
681 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edib.

Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, Yekaterinburqda keçirilən SSRİ xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”nə qatılan aktrisa tədbirdə mədəniyyət və turizm nazirliyinin maddi dəstəyi ilə iştirak edib.

Finalda bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən Gülçöhrənin ariyasını ifa edən A.Həsənova alqışlarla qarşılanıb.  

Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub.