Teymur Əmrah özünə Flora Kərimovayla bağlı qadağa qoydu

Teymur Əmrah özünə Flora Kərimovayla bağlı qadağa qoydu
2740 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Teymur Əmrah tədbirlərin birində qonaq olub.

Axşam.az-ın məlumatına görə, müğənni ifaçı Səidə Sultanla rəqs edərkən fotokameramıza tuş gəlib. T.Əmrah həmin an fotolarının çəkilməsini istəməyib.

Müğənninin qalmaqal yaşadığı xalq artisti Flora Kərimova ilə bağlı özünə qadağa qoyduğu ortaya çıxıb. Belə ki, T.Əmrah F.Kərimova ilə bağlı suallara “Bununla bağlı danışmaq istəmirəm. O cür suallara cavab verməyəcəm” cavabını verib.

Qeyd edək ki, T.Əmrah F.Kərimova haqqında “Ey Vətən” mahnısını oxumağa layiq deyil” ifadəsini işlədib.

F.Kərimova isə qarşı tərəfin ünvanına sərt sözlər deyib:

“Onun mənimlə ədavəti uzun illər əvvəl başlayıb. Başa düşmürəm, kişi adını daşıyan niyə belə edir? Məndən “Youtube”a şikayət edir ki, mahnılarımı qadağan etsinlər. Sonra Qızıl Fonddan adımın silinməsini istəyib. Ağılsız insandır”.