Bülent Ersoy məsciddə göz yaşlarını saxlaya bilmədi - video

Bülent Ersoy məsciddə göz yaşlarını saxlaya bilmədi - video
4693 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Bülent Ersoy dünyasını dəyişən aktrisa, rəfiqəsi Oya Aydoğan üçün məsciddə dua oxuyarkən göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın ölümünün 7-ci günündə Mihrimah Sultan məscidinə gələn Bülent içəriyə girmədən əvvəl jurnalistlərə açıqlama verib:

"Kədərdən başqa heç nə hiss etmirəm. Yeddinci gün duasını özüm oxumaq istədim. Aparıcı Lerzan Mutlunun ittihamlarına cavab verməyəcəyəm. Hər şeyin vaxtı var. İndi dua oxuyacam. İnşallah uca Rəbbim dualarımı Oyaya çatdırsın".

Ağ libasda və eynəkdə olan B.Ersoy məsciddə bir saat qalıb. Dua edərkən ağlayan "Diva" çöldə kağız salfet satan uşaqlara 100 lirə verib, ətrafdakı insanlara pide və börək ehsanı paylayıb.