Xəyaldan yeni klip+fotolar

Xəyaldan yeni klip+fotolar
9291 dəfə oxunub
  • A-
  • A
  • A+

“Səni unutmaq” mahnısıyla qısa müddətdə tanınan müğənni Xəyal Rzazadə yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, həmin mahnıdan sonra karyerasına qısa müddət ara verən Xəyal Rzazadə yeni layihə ilə dönüb. Müğənni klipi barədə fikirlərini bölüşüb:

“Bir müddət yeni layihələr üzərində çalışdığımız üçün karyeramda durğunluq var idi. Amma indi yeni mahnım olan “Qayıt”a klip çəkdirdim. Sosial şəbəkələrdə klipin qısa videosunu paylaşdıq və aldığımız reaksiya məni və komandamı çox sevindirdi. Artıq bir neçə gündür ki, klipi tam yayımlamışıq və düşünürəm ki, qısa müddət ərzində istədiyimiz nəticəni əldə etdik”.

İfa tərzi və klipləri ilə fərqlənən Xəyal Rzazadə tezliklə dinləyicilərini sevindirəcəyinin müjdəsini verib:

“Yeni klip və mahnı ilə yanaşı, ilk albomum üzərində işlərə başlamışıq. Artıq mahnılar hazırlanır. Albomdakı mahnılarda da Ramin Vəlibəyovla, İsmayıl Əsədovla çalışacağıq”.

“Qayıt” mahnısının sözləri İsmayıl Əsədova, musiqisi və aranjemanı Ramin Vəlibəyova məxsusdur. Klipin prodüsseri mahnının musiqisinin müəllifi olan R.Vəlibəyovdur.