"Öz xoşumla ATV-dən ayrıldım" - Samirə Mustafayeva

"Öz xoşumla ATV-dən ayrıldım" -  Samirə Mustafayeva
15180 dəfə oxunub
  • A-
  • A
  • A+

“15 ildir, 18 yaşımdan televiziyada çalışıram. Orada mən yenidən doğuldum, qadın kimi fotmalaşdım. 1 ildir ki, başqa işdə çalışmaq istəyirdim”.

Bu sözləri Axşam.az-a açıqlamasında ATV-dəki işindən ayrılan aparıcı Samirə Mustafayeva deyib. O, bundan sonra özünü yeni işdə sınayacağını bildirib:

“Mənə çox təkliflər gəlib, illər ərzində hər dəfə rədd etdim. Bu dəfə geri çevirmədim, öz xoşumla ayrıldım. İnanıram ki, yeni işdə də uğur qazanacam. İndi çalışıram küçədə məni tanımasınlar, amma alınmır. Hələ 1 aydır efirə çıxmıram, amma tamaşaçılarım üçün indidən darıxıram.

Bu işi çox arzulayırdım, nəhayət, reallaşdıracam. Bu yay dincəlməyəcəm, çalışacam. Sentyabrda isə yeni işimi təqdim edəcəm”.

S.Mustafayeva “Həyat yoldaşınız Vaqif Aydınoğlunun məsələyə münasibəti necə oldu” sualına belə cavab verib:

“İşə başlayanda özüm qərar vermişdim ki, aparıcı olacam. Bu gün də heç kəsin qərarı ilə yox, öz istəyimlə işimi dəyişirəm. İnanıram ki, uğurla irəliləyə biləcəm. Televiziya mənə çox şey öyrətdi, həyatda bərkidim. İnsanların yaxşı, pis üzünü gördüm. Jurnalist müxtəlif peşələrdə çalışa bilər. Biz həkimin, müəllimin, siyasətçinin, müğənninin dilini başa düşürük. Gənclərə uğurlar arzulayıram. Hamısına məsləhət görürəm ki, seçilməyi bacarsınlar. Sıradan biri olmasınlar”.

Qeyd edək ki, S.Mustafayevanın ATV-dən ayrılması ilə bağlı xəbəri primetime.az saytı yayıb.