Eminin rus gözəllə İçərişəhərdə çəkdirdiyi klipi - video

Eminin rus gözəllə İçərişəhərdə çəkdirdiyi klipi -  video
4676 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Emin Ağalarov bir neçə həftə əvvəl Bakıda klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, “Ryadom prosnutsa” adlanan mahnının ekran işi İçərişəhərdə lentə alınıb. Rusiyalı model Kristina Qontarın rol aldığı klipin rejissoru Vladimir Bolqov və Velimir Rusakovdur.
 
Emin kliplə bağlı fikirlərini bölüşərək, bunları qeyd edib:

“Mahnı mənim hazırkı daxili dünyamı əks etdirir. Bəzi məqamları nəzərə almasaq, pozitiv emosiyalar əks olunub. Mən də ekran işində bu pozitivliyi görmək istəyirdim.

Klip düşündüyümüz kimi – real, pozitiv və çox gözəl alındı. Əsas mövzunun klassik kişi və qadın tanışlığı olmasına baxmayaraq, rejissor onu adi göstərməməyə çalışıb.

Çox vaxt çəkilişlər mənim üçün çətin olur. Bu dəfə isə hər şey bir dəfəyə edildi. Klipə çəkilməkdən xoşum gəldi. Çünki heç bir rola girmək məcburiyyətində qalmadım. Özüm oldum və hər şeydən zövq aldım. Kristinaya təşəkkür edirəm, rolunun öhdəsindən uğurla gəldi. Biz onunla ilk dəfə çəkiliş meydançasında görüşdük. Buna baxmayaraq, hər şey təbii alındı”.