Tural Bayraməliyevin mahnısına klip çəkildi - video

Tural Bayraməliyevin mahnısına klip çəkildi -  video
3584 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Damla “Qürur” mahnısının klipini təqdim edib.

Axşam.az xəbər verir ki, söz və musiqisi Tural Bayraməliyevə məxsus olan klipi Natiq Novruzov ekranlaşdırıb.

T.Bayraməliyev mahnının Damlanın ifasında qısa zamanda sevildiyini bildirib:

“Mahnı sosial şəbəkələrdə qısa zamanda milyonlarla dinləyici qazandı. Bu tələbatdan da klip ərsəyə gəldi”.

Damla bildirib ki, bu mövsüm Röya, Günay İbrahimli və özündən başqa, heç bir müğənni klip təqdim edə bilməyib. Artıq “A” kateqoriyalı müğənnilərlə rəqabət apardığını deyən Damla iddialı olduğunu söyləyib:

“Bu gün mən sosial şəbəkələrin fenomeni hesab edilirəm. İnstagram səhifəm, mahnılarımın izləmə sayı bunun real göstəricisidir. Süni səs toplamağı qəti sevmirəm. İnsanlar mahnılarımı sevir. "A" kateqoriyalı müğənnilərlə rəqabətə başlamışam. İnşallah qısa zamanda, bir çox məşhur müğənnilərin edə bilməyəcini həyata keçirəcəyəm”.

Damla sənəti ilə yanaşı imicində də dəyişiklik etdiyini bildirib:
 
“Geyim tərzimi tez-tez dəyişirəm. Eyni formada qalmağı sevmirəm. Hazırda 54 kiloqramam, bir qədər arıqlamışam. İrəliyə doğru addımlayıram”.