Ramazan ayının 18-ci günü: imsak və iftar vaxtı

Ramazan ayının 18-ci günü: imsak və iftar vaxtı
11589 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Ramazan ayının on səkkizinci günüdür.

Axşam.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 24-də imsak saat 03:09, iftar isə 20:31-dədir.

İftar duası:

:“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Ramazan ayının 18-ci gününün duası:

“İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah”.

( “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”.)