Məşhur çempion bu hala qaldı - fotolar

Məşhur çempion bu hala qaldı -  fotolar
2931 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtların çempionu fransız tennisçi Marion Bartolinin son halı hər kəsi təəccübləndirib.

Axşam.az-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, 2013-cü ildə qatıldığı oyunda bütün rəqiblərini məğlub edərək kuboku evinə aparan Bartoli son günlər hədsiz arıqlayıb.

Üç il əvvəl çox kök olduğu üçün tənqid edilən tennisçi indi də arıqlığı ilə gündəmdədir. Marionun xəstə olduğu iddia edilib.

31 yaşlı çempion məsələ ilə bağlı suallara "Xəst deyiləm. Sadəcə arıqlamışam. Bu mənim təbii halımdır. Anam və atam da belə arıqdır. Tennis oynayanda çox şirniyyat və vitaminlər yeyirdim. İndi isə ancaq tərəvəzlə qidalanıram" deyib.

Tennisi atan Bartoli hazırda modelyer kimi fəaliyyət göstərir.