Xalq artistinin xanımı avtomobil sürərkən görüntüləndi - video

Xalq artistinin xanımı avtomobil sürərkən görüntüləndi -  video
5977 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım avtomobil idarə edərkən “ATV maqazin onlarla” verilişinin fotokamerasına tuş gəlib.
 
Axşam.az-ın məlumatına görə, o, 2 ildir sürücülük vəsiqəsi aldığını deyib:

“Maşını çox vaxt özüm sürürəm, Rəmişə əziyyət vermirəm. 60-80 sürətdən yüksəyə qalxmaram. Avtomobil sürəndə adam dincəlir”.

Rəmiş “Özü təkcə şəhərə nəsə almağa getməz” deyə, bildirib.
 
Gitara ifaçısı Mətanət Əsədovanın “Maşını 200 sürətdən yuxarı sürürəm” sözlərinə münasibət bildirib:

“Onu çox istəyirəm, amma düz deməmişdi. Deyirdi 200 sürətdən yüksəyə qalxmışam. Bakıda elə yol və maşın yoxdur. Ona demək istəyirəm ki, çox sürətlə sürmə”.