Oqtay Kaynarca: “Bu əliqanlı şərəfsizlərin...”

Oqtay Kaynarca: “Bu əliqanlı şərəfsizlərin...”
2176 dəfə oxunub
  • A-
  • A
  • A+

İstanbulda baş verən terror aktına məşhurlardan müxtəlif rəylər gəlir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli aktyor Oktay Kaynarca yaşanan hadisə ilə bağlı sosial şəbəkədə münasibət bildirib.

"Hər dəfə profillerimizi, ekranlarımızı qaraltmaqla bu əliqanlı şərəfsizlərin istəklərini yerinə yetirmiş oluruq. Ürəklərimizi, beyinlərimizi, gələcəyimizi qaraltmaq istəklərinə inad məğrur, güclü, qərarlı dayanmaqdan başqa yolumuz yoxdur. Anlamalıdılar ki, Türkiyə Respublikası hər hansı siyasi cərəyan tərəfindən idarə edilməsindən asılı olmayaraq, qorxmur, qopmur, bölünmür.  İndi lazım olan şey cəsəd, qan, vəhşilik görüntülərini mərifətmiş kimi paylaşmaqdan dərhal imtina etməkdir. Çünki bunların çoxu onların öz istəklərinə çatmasına xidmət edir. İçində olduğumuz vəziyyət ərzində belə hadisələr yaşayacağımız bəllidir. Başın sağ olsun, vətən”.