Günay sevgilisi ilə yenə görüntüləndi – fotolar

Günay sevgilisi ilə yenə görüntüləndi – fotolar
10330 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva aparıcı Özlem Yıldızın keçmiş sevgilisi Öncü Sönmezlə yenidən görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ilk dəfə restorandan çıxarkən fotokameralara tuş gələn Günay eşq yaşamaları ilə bağlı xəbərlərin yalan olduğunu demişdi. O, təsadüfən qarşılaşdıqlarını bildirmişdi.

Ötən gecə tanınmış butiklərdən birinə gedən G.Musayevanın yanında Öncünün də olması diqqət çəkib. Cütlük paparassilərin onları çəkdiyini görən kimi aralarına başqa bir dostlarını keçiriblər.

Qeyd edək ki, Günay türkiyəli aktyor Tolqa Karellə ailəli olub. Cütlük ötən il boşanıb. Modelin bu evlilikdən Cahangir adlı oğlu var.