8 martda evlənən aparıcı boşandı

8 martda evlənən aparıcı boşandı
15456 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kısmetse Olur” proqramının aparıcısı Seda Akgül evləndikdən 4 ay sonra boşandı.

Axşam.az xəbər verir ki, Seda Akgül “Facebook” sosial şəbəkəsində Avram Habiblə boşandığı barədə məlumat açıqlayıb.

“Əziz dostlar, ərimlə ayrıldığım doğrudur” deyən aparıcı sözlərinə əlavə edib ki, kimin haqlı, kimin haqsız olmağı önəmli deyil.

S.Akgül yazdığı ktabları evlənməmişdən öncə bir daha oxumadığı üçün peşman olduğunu da dilə gətirib.

Aparıcı, həmçinin, qeyd edib ki, dünyada dəyər vermək və hörmət etmək məcburiyyətində olduğunuz insan sadəcə özünüzsünüz:

“Sizi əzmək və aşağıya doğru çəkmək istəyən heç kimlə olmayın. Həyat kədər üçün uzun, xoşbəxtlik üçün qısadır. Hamımız səhv edə bilərik, önəmli olan səhvi görərək qısa zamanda düzəltməkdir. Hamınızı sevirəm, xüsusilə həmcinslərimi”.