Filmə "yox" dedi - həmcinsi ilə intim səhnəyə görə

Filmə "yox" dedi  - həmcinsi ilə intim səhnəyə görə
3351 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Castin Biber "Uber girl" filmi üçün gələn rol təklifini rədd edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, filmdə özü kimi bir pop ulduzu canlandırmalı imiş. Lakin ssenaridə Castinin bir kişi rəqqasla intim münasibətdə olacağı səhnə yer alıb.

Biber məhz buna görə də filmdə yer almayacağını bildirib. O, ssenaridə dəyişiklik ediləcəyi təqdirdə bu haqda yenidən düşünəcəyini vurğulayıb.

Layihədə yer alması planlaşdırılan digər ulduzlar isə Biberin keçmiş sevgilisi, müğənni Selena Qomez və həmkarı Ariane Qrandedir.

Qeyd edək ki, C.Biber 2010-cu ildə "CSI: Crime Scene Investigation" kriminal serialının iki hissəsində rol almışdı. 2011-ci ildə isə Ben Stillerin "Zoolander 2" komediya filmində çəkilmişdi.