Hülya Avşar şikayətini geri götürdü – foto

Hülya Avşar şikayətini geri götürdü – foto
5837 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur türk müğənni Hülya Avşar, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kemal Kılıçdaroğlu haqqında məhkəmə verdiyi şikayəti geri götürüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşar 2014-cü ildə ona “yaltaqdan sənətçi olmaz” deyən CHP rəhbərini məhkəməyə verərək 100 min lirəlik (50 min manat – red) təzminat tələb etmişdi.

Lakin, 15 iyul – hərbi çevriliş hadisələrinə görə birlik və demokratiya mesajları verən CHP rəhbərinin açıqlamaları Hülya Avşarı fikrindən daşındırıb. O, K.Kılıçdaroğlunun bu hərəkətindən təsirləndiyini deyərək şikayətini geri götürüb.

53 yaşlı müğənni İnstaqramdakı hesabından isə bunu yazıb:

“Yetər ki, birlik və bərabərlik olsun. “Yaltaq” dediyini unuduram. Mən də Kılıçdaroğluna açdığım davanı geri götürürəm. Kılıçdaroğlu və digər partiya liderlərinə birlik və bərabərlik üçün təşəkkür edirəm”.