Facebook-a görə qızını it qəfəsinə saldı - foto

Facebook-a görə qızını it qəfəsinə saldı - foto
10758 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı Rolando Kruz 17 yaşlı qızını Spapchat-dakı filtrlərə çox aludə olduğu üçün it qəfəsinə salıb.

Axşam.az Milli.az-a istinadən xəbər verir ki, qızının Facebook səhifəsində Snapchat messencerindən paylaşılan, “Dog” (“İt”) maska-filtri olan bir neçə fotosunu görüb.

Qəzəblənən Rolando Kruz qızını it qəfəsinə salaraq bir neçə gün saxlayıb, onu itlər üçün qida ilə yemləyib, itin su içdiyi qabda su verib.

Bir neçə gün qızına zəng vura bilməyən və narahat olan nənə Kruzun evinə yollananda nəvəsini it qəfəsində görüb:

“Nə Rolando, nə də nəvəm zənglərimə cavab vermirdilər. Narahat olduğum üçün oğlumun evinə yollandım”, - deyə nənə bildirib.

Hadisə yerinə çağırılan polis Rolando Kruzu həbs edib, qızını da azadlığa buraxıb.