ABŞ-ın yeni prezidenti Donald Tramp və yeni birinci xanımı Melanya Tramp inaqurasiyadan sonra təşkil edilən balda iştirak ediblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar prezident və "first lady" kimi ilk rəqslərini Frank Sinatranın "My Way” mahnısının sədaları altında ediblər.
Qeyd edək ki, Tramp ABŞ prezidenti postunda Barak Obamanı əvəz edib.