İngilis müğənnisi Adel və boşandığı əri Simon Koneçki arasında qalmaqal yaşanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Koneçki 6 yaşlı oğlunun qəyyumluğunu almaq üçün məhkəməyə müraciət edib. Bu da cütlük arasında mübahisəyə səbəb olub.
Qeyd edək ki, Adel Simon ilə 8 il birlikdə yaşadıqdan sonra evlənib. Ancaq onların evliliyi cəmi 2 il davam edib. Cütlük aprel ayında ayrılıb və ötən həftə də rəsmən boşanıb.