"Fəlakət" boşanması haqda suallara cavab verdi

"Fəlakət" boşanması haqda suallara cavab verdi
30039 dəfə oxunub
  • A-
  • A
  • A+

"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov MTV-də yayımlanan "Söhbətsiz" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, aktyor şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:

"Heç vaxt bu haqda efirdə danışmağı düşünməmişəm. Məni də narahat etdi xəbərlər. Səhər gözümü açdım ki, saytlar şəkillərimi yerləşdirib. Xoşuma gəlmədi. Belə şey yoxdur. Bu sahədən incidim, çünki hamıya qarşı yaxşı olmuşam. Belə şeyləri normal qəbul edə bilmirəm.

Ümumiyyətlə, üzdə olan insanların ailəsi haqda yalan məlumat yazılmasını, müzakirə edilməsini istəmirəm. Heç kimin ailəsini müzakirə etməyin".

Qeyd edək ki, Elşən İlahə adlı xanımla 2018-ci ildə ailə qurub. Cütlüyün bir övladı var.