“İlk görüşdə dedi ki, səninlə evlənəcəm”

“İlk görüşdə dedi ki, səninlə evlənəcəm”
12546 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün öncə “hə” mərasimi olan aktrisa Asya Atakişiyeva və nişanlısı aktyor Əmrah Dadaşov “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçilər maraqlı açıqlamaları ilə diqqət çəkib.

A.Atakişiyeva Əmrahı qısqanmadığını bildirib:

“Onun səsinə vurulmuşam. Mənə ilk görüşdə dedi ki, səninlə evlənəcəm. Ona güvənirəm. Səhnədə, sənətdə texnika var. Başqa aktrisa ilə öpüşsə, qısqanmaram. Onun nəinki İnstaqramı, heç telefonuna belə baxmıram”.

Ə.Dadaşov isə Asya ilə tanışlıq prosesindən söz açıb:

“Bizim teatrın yanında qalırlar. Evdən işə, işdən də evə gəlir. Bir-birimizi illərdir tanıyırdıq. Yaxın münasibət isə bir ildən çoxdur olub. Zaur adlı ortaq dostumuz var. Ona demişdim ki, bizi görüşdür. Neçə vaxtdır ki, Asyadan xoşum gəlir. Hər şey sürətli baş verməyib. Sonra Zaur oldu yalan, biz isə gerçək”.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub. Onları ilk dəfə birlikdə Axşam.az görüntüləyib.