Mirşahin ANS ÇM-i almaq istəyir

Mirşahin ANS ÇM-i almaq istəyir
1684 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Axşam.az virtualaz.org-a istinadən xəbər verir ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum - APA media holdinqi və Real TV müraciət edib.

Jurnalistlərə, həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.