Hər bir insanın özünəməxsus vərdişi var. Bəs, məşhurlar nəyi etmədən dayana bilmir?

Axşam.az ağlasığmaz aludəçiliyi olan məşhurları təqdim edir.

Dünyaca məşhur aktrisa Mila Kunis “World of Warcraft” adlı oyunun “xəstəsidir”. O qədər aludəçi olub ki, sonda oynamamaq barədə qərar verib.

Peris Hiltonun solyari vərdişi var. İlin heç bir günündə onu ağ rəngdə görə bilməzsiniz. Evində belə sprey solyari maşını olan Peris düşünür ki, qarabuğdayı olmaq seksdən daha çox həzz verir.

“Alatoranlıq” filmi ilə məşhurlaşan aktyor Robert Pettinsonun pəhriz kolası üçün “ürəyi gedir”. O bildirir ki, həftədə 300 qutu şəkərsiz kola içir.

Selena Qomez bir banka turşunu bir neçə dəqiqə ərzində bitirir. Buraya turşunun suyu da daxildir.

Kemeron Diaz üçün qolf oynamadan gəzdiyi vaxtlar narkotik istifadə etmədiyi zamanlarla eynidir.

Cessika Simpson nikotin saqqızını çox sevir və onu yanından əskik etmir.

“kubik-rubik”lə oynamaq Castin Biberə həzz verir və bu əşyayla vaxt keçirmək onun üçün adi hala çevrilib.

Emma Vatsonun vərdişi isə zərərli deyil. Belə ki, o, “öyrənmək” istəyir. Beynini maksimum informasiya ilə doldurmaq onun ənənəvi istəyidir.

Beyons da Mila Kunis kimi onlayn oyunların aludəçisidir.

Keti Perri isə diş fırçalamaq üçün gün ərzində 6 dəfə “özünə əl qatır”.

Ed Şeran  bütün yemək saatlarında qaynadılmış balıq olmadan masaya əyləşmir.

Şarlz Teron deyir ki, qızardılmış qidalar mükəmməldir. Onları o qədər sevir ki, hətta ayaqqabılarını da qızardıb yeyə bilər.

Nikol Kidmanın içindəki eşq pəhrizdə olsa da, həftədə 4 dəfə onu şirniyyat yeməyə sövq edir.



                 

Xəbər lenti