Mədəniyyət Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Mədəniyyət Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
845 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi dekabrın 12-də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Axşam.az xəbər verir ki, nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər.