“Netflix”dən 26 milyardlıq yatırım

“Netflix”dən 26 milyardlıq yatırım
1328 dəfə oxunub
  • A-
  • A
  • A+
Tamaşaçıların rəğbətini qazanmağa davam edən “Netflix” yayım şirkəti bu il kontent üçün dodaq uçuqladacaq vəsait ayırıb.

Axşam.az xəbər verir ki, 2019-cu ildə 15,3 milyard dollar (təxminən 26 milyard 10 milyon manat) pul xərcləyən şirkət yatırımı daha da qaldırmaq qərarına gəlib.

Belə ki, “Netflix” rəqiblərinə meydan oxuyaraq, layihələri üçün 17,3 milyard dollar (təxminən 29 milyard manat) pul xərcləyəcək.

Qeyd edək ki, bu il üçün digər yayım şirkətləri “Disney” 1 milyard dollar, “HBO” isə 2 milyard dollar pul ayırıb.