"Elə bilirdim öləcəm, yaşaya bilməyəcəm" - Ölən əri haqda

"Elə bilirdim öləcəm, yaşaya bilməyəcəm" -  Ölən əri haqda
2855 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı Zahidlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, qarmon ifaçısı əri üçün çox darıxdığını vurğulayıb:

"Həyatda güvəndiyim, çox arxalandığım, hədsiz inandığım ürək sirdaşım, məsləhət verənim, başımın tacı, çox gözəl insan - Zahid, həmişə qəlbimdəsən. Dünyanın ən gözəl atası, övladı, babası, dayısı, həyat yoldaşı... Abırlı, həyalı insan idi.

Allah, gözlərimin parıltısını apardı.Həyat çox amansızdır. Adam ölənin arxasınca ölmür, amma pis günə qalır. Elə bilirdim öləcəm, yaşaya bilməyəcəm. Hətta hamı adamdan bezir".