Ən çox şokolad yeyənlər - Siyahı

Ən çox şokolad yeyənlər -  Siyahı
2575 dəfə oxunub
  • A-
  • A
  • A+
Şokoladı sevməyən çox az sayda insan var. Bəziləri demək olar ki, hər gün şokoladı gündəlik qida rasionuna daxil edir.

Axşam.az xəbər verir ki, bununla bağlı Yunanıstanın “Statista” agentliyi il ərzində ən çox şokolad yeyən xalqların siyahısını hazırlayıb.

Siyahıda ilk yeri İsveçrə tutur. Burada 1 nəfər ildə 8,8 kq şokolad yeyir. Dünyanın ən dadlı şokoladları da İsveçrədə istehsal olunur.

İkinci yerdə 8,1 kq ilə İngiltərə, 3-cü yerdə isə 7,9 kq ilə Almaniya qərarlaşır.