“YARAT”da yeni tamaşanın premyerası olacaq

“YARAT”da yeni tamaşanın premyerası olacaq
461 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində ingilis dramaturqu Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Otello” və “Hamlet” əsərləri əsasında hazırlanmış tamaşanın premyerası olacaq.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, tamaşada “Moms & Kids” təşkilatı nəzdində fəaliyyət göstərən Rus Dram Teatrının aparıcı aktrisası İnna İmranovanın rəhbərlik etdiyi Uşaq Teatr Studiyasının şagirdləri çıxış edəcək.

Səhnə əsəri rus dilində nümayiş olunacaq.