Əməkdar artistə vəzifə verildi

Əməkdar artistə vəzifə verildi
6626 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Zaur Əmiraslanova vəzifə verilib.

Axşam.az-ın məlumatına görə, o, Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Səsyazma Studiyasının rəhbəri təyin edilib.

Sənətçi bu vəzifəyə AzTV-nin rəhbəri Rövşən Məmmədovun müvafiq əmri ilə təyin olunub.

Z.Əmiraslanov artıq ötən gün yeni rəhbər kimi kollektivə təqdim edilib.