“Koronavirusa qarşı 20 növ vaksin hazırlanır” - ÜST

“Koronavirusa qarşı 20 növ vaksin hazırlanır” -  ÜST
2746 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasına qarşı hazırlanan bəzi peyvəndlərin artıq kliniki sınaqdan keçirildiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndələri Cenevrədə keçirilən mətbuat konfransında məlumat veriblər.

Onlar bildiriblər ki, hazırda COVİD-19-a qarşı peyvəndlər 20 qrup alim tərəfindən ayrıca hazırlanır. Vaksinlərdən bəziləri isə artıq təcrübədən keçirilir.

ÜST nümayəndələri təsirli vaksinin satışa çıxarılması üçün 18 aya qədər vaxt lazım olduğunu da qeyd ediblər.