Martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov rəsmi İnstaqram hesabından açıqlama yayıb.

Axşam.az xəbər verir ki, “Palmali” şirkətinin rəhbəri həbs olunduqdan etibarən davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırdığını bildirib:

“Aclıq orucuma görə yemək yeməməklə yanaşı, bu yaxınlarda əməliyyat olunmağıma baxmayaraq, heç bir dərmanımı da qəbul etmirəm. Buradakı həkimlər hər gün sağlamlığımın pisə doğru getdiyini deyirlər. Qidalanmağım və dərmanlarımı qəbul etməyim üçün təzyiq edirlər. Çünki bu aclıqla bərabər dərmanlarımı qəbul etməsəm, yaxın zamanda öləcəyimi söyləyirlər. Ölsəm, buradakı həkimlər də cavabdehlik daşıyacaqlar. Əlbəttə, mənə görə heç kimin zərər görməsini istəmirəm. Hamınızın mənim günahsız olduğuma inanmağınızı istəyirəm. Mənə bu oyunu oynayanları Allaha həvalə edirəm. Övladlarımın və ailəmin tək qalmaması, məni sevən dostlarımı incitməmək və düşmənlərimi sevindirməmək üçün, ilk olaraq ailəm və siz dostlarımın xahişi ilə aclıq və ölüm orucumu bu gündən etibarən dayandırdığımı bilməyinizi istəyirəm”.



                 

Xəbər lenti