Pərviz sabah səsverməyə çıxacaq - Video

Pərviz sabah səsverməyə çıxacaq - Video
2353 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin TV8 kanalında yayımlanan “Survivor” yarışmasında bu həftə “Məşhurlar” komandası “Könüllülər”ə “Toxunulmazlıq” oyununda uduzub.

Axşam.az xəbər verir ki, buna görə də ötən gün komanda üzvləri “Məşhurlardan” getməli olan iki namizədi seçib.

Ən çox adı çıxanlar sırasında azərbaycanlı kikboksçu Pərviz Abdullayev və Ezgi Hocaoğlu olub. Sabahkı bölümdə daha iki namizəd göstəriləcək və onlardan biri oyunu tərk edəcək.

Pərviz onun getməsini istəyən dörd nəfər barədə “Anlamadım ki, adım niyə çıxdı? Gözləmirdim. Xeyirlisi olsun, hər kəsin dəstəyini gözləyirəm” deyə, bildirib.