“O çox yaxşı adam idi…”

“O çox yaxşı adam idi…”
2493 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı və müğənni Murad Arif ötən il itirdiyi atası ilə bağlı aylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi valideyni Arifin ölüm ildönümündə onu bu sözlərlə yada salıb:

“İstəyirəm biləsiniz ki, o çox yaxşı adam idi. Doğru, dürüst, ailəsinə, bacı-qardaşlarına yanan, artıq dərəcədə sadiq, mehriban, pis vərdişlərdən uzaq, sağlam həyat tərzi yaşayan, tamamiylə ziyalı biri.. Söhbətləri, dünya görüşü, həyat təcrübəsi ilə bir dərinliyi, marağı var idi. Dünya rəssamları, muzeyləri, ədəbiyyatı, musiqi haqqında bilgiləri ilə özünə heyran etməyi yaxşı bacarırdı.

Bilirəm ki, heç kəs sona qədər yox olmur. Həm əməllərdə, həm nəsillərdə, həm də paralel aləmlərdə yaşayırıq. Ümidvaram rahat və məndən razısan. Öyüd-nəsihətlərinə diqqət etməyə çalışıram, gözəl insan. Yerin behişt olsun, ata”.