“Səbrli insanlar hər zaman lider olmağı bacaranlardır. Mən də 23 ildir liderliyi əlimdə saxlamışam”.

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “MTV Azərbaycan”a müsahibəsində deyib. Sənətçi karantin ərəfəsindən xeyli faydalandığını da bildirib:

“Mən elə insanam ki, karantin vaxtı da özümə məşğuliyyət tapıram. Nə olursa, hər şey yaxşılığa doğru olur. Elə insanlardanam ki, şükür etməyi bacarıram. Karantin müddətində bağ evimdə hər gün məşq edirdim, öz üzərimdə çalışırdım. Evimdə daha da anladım ki, rəqqasədən, xına aparıcısı olmaqdan başqa ən əsası evdar xanım da ola bilərəm. Bunu sübut etdim. Övladıma vaxt ayırdım, yemək bişirdim. Ailə biri-birinə daha da isti münasibətini göstərə bildi”.

Bu yaxınlarda nənə olan Fatimə təəssüratlarını da bölüşüb:

“Bu həyatda doğrudan da çox tələsirəm. Hərdən deyirəm ki, deyəsən bu dünyadan tez gedəcəm, hər şeyə tələsirəm. Tələsirəm ki, birdən çatdırmaram. Amma Allaha şükür ki, nə istəmişəm həyatda olub. Çətinliklə də olsa, əldə etmişəm. Bu Allahın bir qismətidir ki, mən tez ana, nənə oldum. Arzu edirəm ki, nəticə də görüm. Ən əsası anamı da sevindirdim ki, 71 yaşında nəticəni görə bildi”.

Rəqqasə nəvəsinə vaxt ayıra bilmədiyindən gileylənib:

“Qız köçdüsə, vəssəlam. Mən şəxsən belə görmüşəm. Qonaq gedirəm, təbrikimi də etmişəm. Hər şeydə yanında olmuşam. Amma bütün günü də baxa bilmərəm. Çünki iş adamıyam. Heç öz uşaqlarıma baxmamışam”.



                 

Xəbər lenti