Oğullarının adını dəyişdirdilər

Oğullarının adını dəyişdirdilər
1534 dəfə oxunub
  • A-
  • A
  • A+

Milyarder İlon Mask mayda dünyaya gələn oğlunun adını dəyişdirmək məcburiyyətində qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb simvollardan ibarət adın Kaliforniya qaydalarına zidd olmasıdır.

Sevgilisi Qraymesdən dünyaya gələn övladına “X Æ A-12” adını verən Mask ona yeni ad seçib. Uşağın yeni adı isə “X Æ A-Xii”dir.

Qeyd edək ki, cütlük 2018-ci ildən birlikdədir. Üç dəfə boşanan Maskın daha öncəki evliliklərindən beş oğlu da var.