Türkiyədə 1594 nəfər koronavirusdan sağaldı - 28-i öldü

Türkiyədə 1594 nəfər koronavirusdan sağaldı -  28-i öldü
451 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 162 min 120 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 28 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1141 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4489 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1594 nəfər təşkil edir.