Vəkili Sezerciyi məhkəməyə verib

Vəkili Sezerciyi məhkəməyə verib
1200 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yeşilçam"ın Sezerciki kimi tanınan aktyor Sezer İnanoğlunu keçmiş vəkili məhkəməyə verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sənətçidən 2 milyon 986 min lirə təzminat istəyib.

İnanoğlunun çalışdığı "Sezer filmcilik" şirkətə aid olan kanal və filmlərin lisenziya haqlarına da həbs qoyulub.

Sezer 2014-cü ildə işlərini aparması üçün vəkil İmral Eren ilə çalışmağa başlayıb. Aktyorun işlərini idarə edən vəkil 2017-ci ildə işdən çıxarıldığını öyrənib. Eren İnanoğlu əleyhinə icraat iddiasına başlanılmasını istəyib. Aktyor etiraz edərək araşdırmanın dayanmasına nail olub.

Aktyordan əl çəkməyən vəkil araşdırmaların davam edilməsini istəyib. Şahidlər və məhkəməyə vəkilin verdiyi sənədlər əsasında araşdırma yenidən başlayıb.